"Tatlısəsi acınacaqlı vəziyyətə salırsınız"


Digərləri 17 Mar 2021 13:01:00 133 0

"Tatlısəsi acınacaqlı vəziyyətə salırsınız"

9 il sonra yenidən izləyiciləri ekran başına toplayan "İbo Show" proqramı bu dəfə də müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ötən gün verilişdə İbrahim Tatlısəsin illər əvvəl ifa etdiyi mahnılardan birini səsləndirdiyi kədərli anlar yaşanıb. Belə ki, proqramın aparıcısı olan İbrahim kövrələrək göz yaşlarına qərq olub. Son zamanlar ifaçının verilişdə belə ağladılması birmənalı qarşılanmayıb. Bir çoxları layihə rəhbərliyinin belə etməsini qınayıb.

Tatlısəsin ağlaması "Söylemezsem olmaz"ın aparıcısı Seren Serengilin də tənqidinə tuş gəlib. O, verilişin reytinqi xatirinə hər dəfə İbrahimin kövrəldilməsinin xoş hal olmadığını bildirib:

"Bunu etdiyiniz zaman həmin insanın imperatorluq taxtını dağıdırsınız. Tatlısəsi acınacaqlı vəziyyətə salırsınız. Proqramın reytinqi üçün ondan istifadə etməyin".