Ələlə tutub özlərini binadan atdılar


Dünya 17 Mar 2021 13:07:00 121 0

Ələlə tutub özlərini binadan atdılar

Ailə qurmalarına icazə verilməyən gənclər intihara cəhd ediblər.

Son.az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Adana şəhərində evlənmələrinə icazə verilməyən cütlük əl-ələ özlərini 4-cü mərtəbədən atıblar. Onların ikisi də sağ qalıb, ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

Belə ki, Büşra D.  adlı qız valideynləri ailə qurmağa icazə vermədiyinə görə sevdiyi oğlanla qaçıb. Ailəsi onları tapıb, fikirlərindən daşındırmağa çalışıblar. Bu zaman 4 mərtəbəli binanın damına çıxan cütlük əl-ələ tutaraq özlərini atıb.

Son.az hadisə ilə bağlı görüntüləri təqdim edir:

İsmayıl Son.az