"Yoluxanların sayının 1000ə çatması artıq həyəcan təbilidir"


Digərləri 17 Mar 2021 12:58:24 153 0

"Yoluxanların sayının 1000ə çatması artıq həyəcan təbilidir"

Yoluxma sayı 1000-ə çatıb. Bu, artıq həyəcan təbilidir.

Bunu Son.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, COVİD-ə yoluxmaların qarşısını almaq üçün bayramqabağı gəl-getlər azaldılmalıdır:

"Müəyyən qaydalara daha ciddi şəkildə əməl olunmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara daha ciddi şəkildə diqqət yetirilməlidir. Digər tərəfdən, indi bayramqabağı gəl-getlər bir az artıb. Çalışmaq lazımdır ki, sosial təcrid məsələsinə diqqət edilsin.