Prezident İlham Əliyev: "Ermənilər dağıdıblar, biz bərpa edəcəyik"


Siyasət 17 Mar 2021 12:22:00 127 0

Prezident İlham Əliyev: "Ermənilər dağıdıblar, biz bərpa edəcəyik"

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.

Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.

Prezident İlham Əliyev deyib: "Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik".