Əfv komissiyasının son iclası keçirilir


Siyasət 17 Mar 2021 11:16:23 157 0

Əfv komissiyasının son iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılır.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.