Qusarda Novruz adətləri VİDEO


Digərləri 17 Mar 2021 11:45:00 189 0

Qusarda Novruz adətləri  VİDEO

Ləzgilər ilaxır çərşənbəni qədim adət-ənənəyə uyğun qeyd edirlər

Son.az Real TV-ə istinadən bildirir ki, novruzun son - torpaq çərşənbəsi Qusarın Hil kəndində bu gün də qədim adət-ənənələrə uyğun şəkildə qeyd olunur.

İlaxır çərşənbə adətlərinə səhər saatlarında qız və gəlinlərin bulaqdan su gətirilməsi ilə başlanılır. Bu da onların fikrincə, il boyu bolluq və aydınlıq olacağı mənasına gəlir.

Uzun illərin inancına əsasən sonuncu çərşənbədə kəndin qız və gəlinləri bulaqdan su götürər. Bu isə o anlama gəlir ki, həmin il ruzili və bərəkətli keçəcək.

Torpaq çərşənbəsinin adətlərindən biri də bağ sahələrinə qulluqla bağlıdı. Belə ki, kədin cavanları tərəfindən ağaclara qulluq olunur, budaqları və zoğları kəsilir.

Qədim adət ənənyə uyğun olaraq qadınlar tərəfindən çərşənbə günü ev-eşik səhmana salınır, yun əyrilir, xalça toxunur.

İlaxır çərşənbə günündə Novruzun ənənəvi tonqalı qalanır. Uzaqdan görünən tüstü baharın qapının astanasında olmasından xəbər verir. Kənd sakinləri tonqal ətrafına yığılır, mahnılar oxuyur, rəqs edirlər.