“Bozun 50 çaları” filminin ulduzuna ağır itki FOTO


Digərləri 17 Mar 2021 11:33:00 168 0

“Bozun 50 çaları” filminin ulduzuna ağır itki  FOTO

38 yaşlı tanınmış aktyor Ceymi Dornanın atası 73 yaşlı Cim Dornan koronavirusdan vəfat edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Cosmopolitan" xəbər yayıb.

Qeyd edək ki, britaniyalı aktyorun özü də yüksək risk qrupundadır: o, xroniki limfoleykozdan əziyyət çəkir.

Qorxulu diaqnoz ona 2005-ci ildə qoyulub. Bundan sonra tanınmış aktyor Belfastda "Leukaemia & Lymphoma NI" qeyri-kommersiya təşkilatına üzv olub.

Onu da bildirək ki, aktyorun atası Böyük Britaniyanın tanınmış mama-ginekoloqlarından olub. Bundan başqa o, Kraliyyət Mama Ginekoloqlar kollecinin baş vitse -prezidenti olub.