Ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı


Kriminal 17 Mar 2021 11:37:27 179 0

Ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

Martın 15-də saat 23.20-də DİN-in "102 - Zəng Mərkəzi"nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Son.az-a bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılmış, ondan "UZRQM-2" markalı qumbara götürülmüşdür.

Araşdırma aparılır.