Şuşa qalasının girişi bərpa olunub FOTO


Digərləri 17 Mar 2021 11:18:00 161 0

Şuşa qalasının girişi bərpa olunub  FOTO

Şuşada qala divalarının girişi bərpa olunub.

Son.az Trend-ə istinadən bildirir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.

Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məşğul olub.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.