Partiya sədrlərinin Qarabağa səfəri başlayıb


Siyasət 17 Mar 2021 10:34:00 114 0

Partiya sədrlərinin Qarabağa səfəri başlayıb

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, partiya sədrləri işğaldan azad edilmiş Ağdam və digər ərazilərə baş çəkəcək, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olacaqlar.

Əksər partiya sədrlərinin və təmsilçilərinin yer aldığı heyətə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.