İsraildə koronavirusa yoluxanların sayı 822 min nəfəri ötüb


Dünya 17 Mar 2021 08:28:00 160 0

İsraildə koronavirusa yoluxanların sayı 822 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 718 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 822 507 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 790 136 nəfəri sağalıb, 6 047 nəfəri isə vəfat edib.