Meksika ilə sərhəddə vəziyyət daha da pisləşəcək Tramp


Dünya 17 Mar 2021 08:39:00 112 0

Meksika ilə sərhəddə vəziyyət daha da pisləşəcək  Tramp

ABŞ-Meksika sərhədində qanunsuz miqrant axınının artması ilə əlaqəli vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Fox News" telekanlının efirində keçmiş ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Biz görürük ki, hazırda miqrantların sayında çox pis rəqəmlər var, lakin rəqəmlər daha da pisləşəcək. Qısa müddətdə bu rəqəmlərin əvvəllər görünməmiş bir səviyyəyə yüksələcəyini görəcəksiniz".

Keçmiş ABŞ prezidenti qeyd edib ki, Ağ Evin yeni rəhbərliyinə Meksika ilə sərhəddəki hasarı tamamlamaq üçün "bir ay vaxt lazım idi".