ABŞda masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb


Dünya 17 Mar 2021 07:55:00 125 0

ABŞda masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.

Trend-in "AJC" onlayn-portalına istinadən verdiyi məlumata görə, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb.

Məlumata əsasən, bir qədər sonra Atlantanın şimalında yerləşən daha iki masaj salonuna silahlı hücum olub. Silahlı hücumlar nəticəsində 4 nəfər ölüb.

Polislər bir neçə avtomobil yolunu bağlayıb, lakin cinayətkarlardan heç biri hələki saxlanılmayıb.