Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək
Digərləri 17 Mar 2021 08:06:00 148 0
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Son.az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.
Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.
Bu gün komissiya iclaslarının yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Mənbə: milli.az