Dünyada ötən sutka koronavirusa 327 mindən çox yoluxma qeydə alınıb ÜST


Dünya 17 Mar 2021 07:11:00 145 0

Dünyada ötən sutka koronavirusa 327 mindən çox yoluxma qeydə alınıb  ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 327 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 327 255 nəfər yeni koronavirusa yoluxub, 6 668 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 960 700, ölənlərin isə 2 656 822 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.