Qarabağın meşə fondunda vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir Firdovsi Əliyev


Digərləri 16 Mar 2021 15:31:00 163 0

Qarabağın meşə fondunda vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir  Firdovsi Əliyev

İşğaldan azad olunmuş ərazilərdə işğala qədər 260,3 min hekdara yaxın meşə fondu olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, həmin fondun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülüb:

"Ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb. İlkin araşdırmalar zamanı "Azərkosmos"dan çəkilmiş fotolara əsasən, deyə bilirik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv olunub.