"İbrahimə görə mənə nə qədər iynəli sözlər yazırlar" VİDEO


Şou-biznes 16 Mar 2021 15:19:00 135 0

"İbrahimə görə mənə nə qədər iynəli sözlər yazırlar"  VİDEO

Aydanı tanımırdım, o da məni tanımayıb. Heç bizim xəbərimiz yox idi ki, belə aktyor var. Aydanı gördüm və bitdim. "Könül yarası" serialında Aydanın bacısı Fidan xanımla baş rolda oynayırıq. Bir gün Aydan bacısı ilə çəkiliş məkanına gəldi. Orada vuruldum. İlk gün ikimiz də eyni yuxunu görmüşük. Görmüşük ki, ailəliyik. Onunla da münasibət başladı.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor İbrahim Çingiz "Zaurla Günaydın" verilişində deyib. O, aktrisa Aydan Axundova ilə tanış olmalarından danışıb.

Aydan isə İbrahimlə münasibətlərindən sonra nişanlısının qız fanatlarının ona qarşı olan münasibətindən söz açıb:

"Yerli kanalları izləmirdim, ona görə də İbrahimi tanımırdım. Təsəvvür edin ona görə nə qədər qəribə baxışlara, iynəli sözlərə məruz qalıram... Onu izləyən qızlar hamısı başladı mənim səhifəmə keçməyə".

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.