Bu mövsüm ağacəkmə prosesi Zəngilan rayonundan başlayıb


Digərləri 16 Mar 2021 15:00:00 142 0

Bu mövsüm ağacəkmə prosesi Zəngilan rayonundan başlayıb

Bu mövsümdə ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başladı. Ağacəkmə prosesi bütün ölkə üzrə davam etdiriləcək.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, həmin yerlər minalanmış ərazi olduğundan orada kütləvi tədbirlər keçirmək mümkün deyil:

"Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparır. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm".

F.Əliyev qeyd edib ki, jurnalistlərin binasının ətrafında 400-ə yaxın ağac əkilib: