Simmonds xəstəliyi, hipopituitarizm


Digərləri 16 Mar 2021 08:59:00 153 0

Simmonds xəstəliyi, hipopituitarizm

Simmonds xəstəliyi, hipopituitarizm. Xəstəliyin əmələ gəlmə səbəbləri müxtəlifdir. Bunlara hipofizar-hipotalamik nahiyədə damar, şiş, travmatik və ifeksion zədələnmələr aiddir. Xəstəliyin baş verməsində hipofizin ön payının bütün trop hormonlarının sintezinin azalması mühüm rol oynayır Xəstəliyə ən çox 20-40 yaşlı qadınlar arasında rast gəlinir. Xəstəliyin əlamətləri aşağıdakılardır: - dərialtı piy təbəqəsinin yoxa çıxması - dərinin nazilməsi - sümüklərin nazilməsi - saçların tökülməsi - dişlərin tökülməsi - iştahanın pozulması - cinsi pozulmalar - arterial təzyiqin aşağı düşməsi. Xəstəlik inkişaf etdikcə yuxu pozulmaları, bədən temperaturunun aşağı düşməsi baş verir. Xəstələrdə cinsi və böyrəküstü hormonların ekskresiyası baş verir, depressiv vəziyyət meydana çıxır. Xəstəliyin gedişi 10-12 il çəkir və xroniki xarakter daşıyır. Xəstəliyin baş vermə səbəbi hipofiz nahiyəsində işemik əlamtlərin baş verməsi ilə birbaşa əlaqəlidir. Müalicəsi: MRT və rentgen müayinələrinin nəticələri şiş toxumasının olduğunu təsdiqləyərsə, şiş əleyhinə radioloji müalicə tədbirləri görülür. Əgər patologiyanın əmələ gəlməsinə iltihab səbəb oldubsa, onda iltihab əleyhinə müalicə tədbirlərinə əl qoyulur. Müalicə zamanı hormonlardan, kardiovaskulyar və mədə-bağırsaq sistemini yaxşılaşdıran preparatlardan istifadə edilir.