Kortni Lav ölüm ayağında olmasından danışıb FOTO


Digərləri 16 Mar 2021 09:27:00 163 0

Kortni Lav ölüm ayağında olmasından danışıb  FOTO

Amerikalı müğənni Kortni Lav keçən il anemiya səbəbiylə ölüm ayağında olduğunu söyləyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.

Artist keçən il avqust ayında səhhətindəki problemlərdən, bu üzdən həddindən artıq arıqlamasından və izah edilə bilməyən ağrıları ilə üzləşməsindən danışıb.

"Xəstəxanada anemiyaya görə (ümumiyyətlə hemoqlobin yox idi) yorğun, təsvir edilə bilməyən ağrılarla və 44 kiloqram çəkidə demək olar ki, ölümlə üz-üzə qaldım", - deyə "Hole" qrupunun 56 yaşlı vokalisti bildirib.

"İndi özümü çox yaxşı hiss edirəm", - deyə Lav əlavə edib.