Nar haqqında bilmədiklərimiz


Digərləri 16 Mar 2021 08:25:00 159 0

Nar haqqında bilmədiklərimiz

Narın tərkibi orqanizmin normal fəaliyyəti üçün  bir çox minerallar, vitaminlər və mikroelementlərlə zəngindir. Narın əsas vitaminləri bilmək vacibdir, bunlar B6, B12, P və C vitaminləridir. Tərkibindəki vitamin C immun sisteminə möhkəmləndirici təsir göstərir. Vitamin P qan damarlarını gücləndirir. B6 - sinir sistemini gücləndirir və B12 - qan formalaşmasını yaxşılaşdırır. Lakin bunlar hamısı deyil! - nar mükəmməl şəkildə bütün qan damarlarının divarlarını, sinir sistemi və qan dövranı gücləndirir. Həkimlər buna daha çox yaşlı insanların və əməliyyat keçirmiş insanların diqqət etməsini tövsiyyə edir. Beləki, onların orqanizmin daha çox gücləndirmə effekti lazımdır. -soyuqdəymə kimi xəstəliklərin müalicəsi eləcə də, profilaktikası zamanı, qalxanvari vəzi və ürək xəstəlikləri zamanı da nar köməyə gəlir; -həmçinin bu meyvəyə ateroskleroz, malyariya, qanazlığı və orqanizmin tamam əldən düşdüyü zaman da diqqət yetirmək tövsiyyə olunur. Narın tərkibindəki vitamin və mikrolementlər bu xəstəliklərlə çox tez mübarizə apara biləcək.

-müntəzəm olaraq yetişmiş nar meyvəsini yemək hipertoniya xəstələrində yüksək arterial təzyiqi təbii yolla aşağı salacaq;

-rasiyona bu şərq meyvəsini əlavə etmək mədə xərçəngini uzaqlaşdırmaq deməkdir;

-nar həmçinin bronxial astma və anemiya xəstələri üçün də faydalıdır;

-nar dənəciklərinin ləti və narın şirəsi orqanizmdən radioaktivliyi uzaqlaşdırır.

-tərkibindəki antioksidantlar sayəsində orqanizmi təmizləmə gücünə malikdir;

-iştah və hemoqlobinə müsbət təsir göstərir;

-sidikqovucu və antiseptik təsiri var;

-qaraciyər, böyrək və ağciyərlərin xəstəlikləri zamanı istifadə etmək tövsiyyə olunur.

Nar şirəsinin tərkibində 8-dən 20%-ə qədər şəkər mövcuddur, 9% isə limon və alma turşusu (katalizator).