Sevilən aktrisanın yubileyidir
Kriminal 15 Mar 2021 16:34:00 81 0
Bu gün Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın 60 yaşı tamam olur. Zemfira xanım 1961-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino aktyorluğu" fakültəsini bitirib. Şəki Dövlət Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Gənclər Teatrlarında fəaliyyət göstərib. 2015-ci ilin fevral ayının 1-dən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. O səhnədə və ekranda yaratdığı bir çox unudulmaz rolları ilə tamaşaçıların sevgisini qazanıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində canlandırdığı Buqa - ("Qohumlar" V.Şuqrayeva, Ə.Əmirli), Hacı Kamyab arvadı - ("Xortdanın cəhənnəm məktubları" Ə.Haqverdiyev), Qarı - ("Leyli və Məcnun" M.Füzuli), Qumru - ("Ünvansız qatar" Ə.Əmirli), Roza nənə - ("Tanrıya 14 məktub", E.E.Şmidt), Nənə - ("Qızıl balıq" A.S.Puşkin) və b. bu cür sevilən qəhrəmanlardandır.
Bu xəbəri də oxu: Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Həmçinin son illərdə Zemfira Əbdülsəmədova müxtəlif baxımlı seriallarda çeşidli xarakterlər yaradıb və bununla da geniş auditoriyanın məhəbbətini, sayğısını qazanıb. Aktrisanın gənclərə münasibəti və yeni gələn nəsillərlə səxavətlə təcrübəsini bölüşməsi, onlara dəstək olması da hər zaman göz önündədir.
Əziz Zemfira xanımı yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirik.
Los-Ancelesdə musiqi dünyasının ən prestijli mükafatlarından sayılan &qu

Rusiyalı supermodel İrina Şeyk və amerikalı aktyor Bredli Kuperin qızları

15 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizd

Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailəl

Bakı Ali Neft Məktəbinin (BANM) startap layihəsi British Council tərəfind

Həyat yoldaşım məndən 6 yaş balacadır. Onun 50 yaşı var, sadəcə, gən

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzib

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşali

Bu ilin fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalı

Rusiyada son sutka ərzində daha 9437 nəfər yeni növ koronavirusa (COVID-19)

Etirazların hər gün artdığı Ermənistanda vəziyyət daha da gərginləşi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aks

Suriyada silahlı münaqişə zamanı həlak olan rusiyalı hərbçilərin sayı

Türkiyə uzun zamandan bəri izlədiyi terrorçunu ələ keçirib.
