İrina Şeyk və Bredli Kuperdən maraqlı addım


Digərləri 15 Mar 2021 16:09:00 158 0

İrina Şeyk və Bredli Kuperdən maraqlı addım

Rusiyalı supermodel İrina Şeyk və amerikalı aktyor Bredli Kuperin qızları Leya de Syen rus dilini öyrənməyə yollanacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə modelin özü "Vogue"un "Instagram"dakı canlı yayımında xəbər verib.

Şeykin sözlərinə görə, martın 21-də dörd yaşı tamamlanacaq qız Nyu-York məktəblərindən birində kurslara göndəriləcək.

Koronavirus fonunda məhdudiyyətlər olduğundan məktəbdəki dərslər distant şəkildə keçiriləcək. Uşaq 30 dəqiqə olmaqla həftədə üç dərs alacaq.

Model bildirib ki, qızlarını iki fərqli mədəniyyətin nümayəndəsi olduğuna öyrətmək barədə Kuperlə razılığa gəlib.