Xocavənddə kəndtəsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb


Digərləri 15 Mar 2021 15:12:00 132 0

Xocavənddə kəndtəsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xocavənd rayon prokurorluğundan Son.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.