İsrail misli olmayan "Polad İynə"ni sınadı VİDEO


Dünya 15 Mar 2021 11:31:32 130 0

İsrail misli olmayan "Polad İynə"ni sınadı  VİDEO

İsraildə "Polad iynə" ("Oketz Plada") adlı yeni, unikal minaatan mərmisinin sınaqları keçirilib.

Son.az bildirir ki, dünyada analoqu olmayan 120 mm çaplı mərmi lazer nişangahı və GPS naviqasiya sistemi ilə təchiz olunduğundan hədəfi maksimal dəqiqliklə vurmağa imkan verir.

Bu baxımdan "Polad iynə" hərbi-hava qüvvələrində istifadə edilən raketlərlə bombalara bənzəyir.

Yeni minaatan mərminin yüksək dəqiqliklik artilleriya mərmisindən üstünlüyü maya dəyərinin aşağı olması, operativ istifadə imkanları və s.-dir.

İsrailin ən böyük hərbi konserni olan "Elbit Systems Ltd" ("Elbit Maarahot") istehsalı olan "Polad iynə" bu yaxınlarda İsrail ordusuna veriləcək.