“Betmen” filminin çəklilşləri başa çatdı


Digərləri 15 Mar 2021 10:22:00 130 0

“Betmen” filminin çəklilşləri başa çatdı

Hollivudun "Warner Bros" kinostudiyasının "Betmen" filminin çəkilişləri başa çatıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə filmin rejissoru Mett Rivz özünün "Twitter" hesabında bildirib.

O, "Son gün" yazaraq, paketlənmiş numeratorun şəklini paylaşıb.

Qeyd edək ki, filmin çəkilişləri Britaniyada aparılıb. Yanvarda Londonda başlayan proses martda pandemiya səbəbindən dayandırılıb. Sentyabrda yenidən çəkilişlər bərpa olunsa da, bir neçə gün sonra yenidən saxlanılıb. Yayılan şayiələrə görə, həmin vaxt baş rolun ifaçısı Robert Pattinson koronavirusa yoluxub.