Azərbaycanın yüksək rütbəli diplomatının qızı vəfat etdi FOTO


Digərləri 15 Mar 2021 09:23:00 184 0

Azərbaycanın yüksək rütbəli diplomatının qızı vəfat etdi  FOTO

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib.

Son.az baku.ws-ə istinadən bildirir ki, Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Humay Quliyeva BP,  Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə misilsiz xidmətlər göstərib.

O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri idi.

Allah rəhmət eləsin!