Meri Tramp: “Əmim prezidentliyi itirməkdən çox, tvitterdəki hesabının bağlanmasına yanır”


Dünya 14 Mar 2021 18:42:00 126 0

Meri Tramp: “Əmim prezidentliyi itirməkdən çox, tvitterdəki hesabının bağlanmasına yanır”

Donald Tramp 2020-ci il noyabr seçkilərindən sonra Ağ Evi itirməkdən daha çox "tvitter"dəki hesabının qapanmasına heyfslənir.

Son.az musavat.com-a istinadən bildirir ki, bu fikrin müəllifi ABŞ-ın keçmiş prezidentinin qardaşı qızı Meri Trampdır. Xanım Tramp bununla bağlı düşüncələrini "Business İnsider" saytında aylaşıb.

Seçki öncəsi əmisinin bir sıra əməllərini ifşa edən kitabın müəllifi olan psixoloq Meri Tramp Ağ Evin keçmiş rəhbərinin Amerikanın Peşəkar Qolfçular Assosiasiyasının (PGA of America) onun Nyu-Cersi ştatındakı Bedminster meydanlarında qolf turinirinin keçirilməsi qərarından imtina etməsindən də olduqca pərt olduğunu dilə gətirib.

"Hesab edirəm ki, Tvitterə çıxışın yasaqlanması və PGA-nın qərarı onun son 4 ildə başına gələn ən pis hadisələrdir. Görəsən, bu adam Tvittersiz necə yaşayır. Çünki insanların artıq onunla maraqlanmadığını gözəl bilməlidir", - Meri Tramp bildirib.