Bu ölkədə virusun üçüncü dalğası başlayıb


Dünya 14 Mar 2021 18:24:01 115 0

Bu ölkədə virusun üçüncü dalğası başlayıb

Almaniyada Covid-19 pandemiyasının üçüncü dalğası başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda sözləri Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutunun rəhbəri Lotar Viler deyib.

O bildirib ki, uzun müddətdir ölkədə virusa yoluxanların sayı artıb və bu daha çox 15 yaşdan aşağı şagirdlərdə müşahidə edilib. Yoluxmanın bu qədər kəskin artmasına səbəb ölkədə Covid-19-un mutasiyaya uğrayan növünün də aşkar edilməsidir.

Lakin Lotar Viler vakisinasiya nəticəsində yaşlı insanlarda yoluxma hallarının azaldığını da qeyd edib. O, əhalinin kütləvi şəkildə vaksinasiya edilməsinin xeyli vaxt aparacağını, buna görə də insanları müəyyən izolyasiya qaydalarına riayət etməyə çağırıb.

Qeyd edək ki, son sutkada Almaniyada 10 790 nəfər COVİD-19 yoluxub, 70 nəfər isə ölüb. İndiyə qədər  ölkədə 2 569 245 nəfər koronavirusa yoluxub, 73 371 xəstə vəfat edib.