"Bu günə qədər avtomobilim olmayıb"


Digərləri 14 Mar 2021 18:29:00 134 0

"Bu günə qədər avtomobilim olmayıb"

Aktrisa İrem Sak maraqlı açıqlaması ilə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, ötən gün Nişantaşında görüntülənən aktrisa jurnalistlərlə ayaqüstü söhbət edib.

Elektrikli skuter sürən İrem bu günə qədər avtomobili olmadığını etiraf edib:

"Bir gün inşallah mənim də, elektrikli avtomobilim olar. Skuterim də elektriklə çalışır. Benzinlə işləyən maşın sevmirəm. Buna görə də bu günə qədər avtomobilim olmayıb".