İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır


Dünya 14 Mar 2021 17:45:00 133 0

İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır

İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası "AstraZeneca" vaksinindən istifadəni dayandırmağa çağırıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İrlandiya Səhiyyə Nazirliyinin "Twitter"  səhifəsində paylaşım edilib. 

Buna səbəb peyvənd vurulan şəxslərdən 4-nün qanında ciddi laxtalanmanın qeydə alınmasıdır. 

Qeyd edək ki, İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası Səhiyyə Nazirliyinə tövsiyələr hazırlayan müstəqil ekspert qrupudur.