"Kənddə biabır olmuşdum, məni "peysər" çağırırdılar, ələ salırdılar"


Kriminal 14 Mar 2021 17:58:00 73 0

"Kənddə biabır olmuşdum, məni "peysər" çağırırdılar, ələ salırdılar"

Xaçmaz rayonunda övladlarının gözü qarşısında arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Onun istintaqdakı ifadəsi və hadisənin təfərrüatı məlum olub.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Rəşad Rəşidovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Musavat.com Rəşad Rəşidovun istintaqdakı ifadəsini və hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatı əldə edib.

Əvvəlcə bildirək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Raisa Rəşidova aldığı bədən xəsarətləri nəticəsində çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Raisa Rəşidovanın əri Rəşad Rəşidov tərəfindən vəhşicəsinə döyüldüyü və aldığı xəsarətlərdən dünyasını dəyişdiyi məlum olub.

Həbs edilən Rəşad Rəşidova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad Rəşidov istintaqdakı ifadəsində hadisəni törətməsini etiraf edib və bildirib ki, arvadını başqa şəxslə münasibətdə olmasına görə öldürüb.

Xaçmaz rayon Köhnə-Xudat kəndində yaşayan Rəşad Rəşidov ifadəsində deyib ki, Raisa ilə 2005-ci ildə ailə həyatı qurub və iki övladları var. Rəşad Rəşidov 2019-cu ildə arvadından şübhələndiyini deyib.

"Bir gün sinif yoldaşım və həmkəndlim Rasim mənə dedi ki, arvadın özünü kənddə şübhəli aparır. Başqa kişilərlə münasibətinin olduğunu dedi və mənim ayıq-sayıq olmağımı məsləhət gördü. Bundan sonra Raisanı güdməyə başladım. Raisa meyvə bağında işləyirdi. Bir gün evdə onun telefonla bir kişi ilə danışdığını eşitdim. Ona kiminlə danışdığını dedim. Mənə açıq şəkildə dedi ki, ya ikiniz, ya da heç biriniz. Bu sözlər məni çox qəzəbləndirdi. Həmin gün onu döydüm. O da məndən polisə şikayət etdi və məhkəmə qərarı ilə 20 sutka həbs cəzası aldım"- deyə Rəşad Rəşidov ifadəsində göstərib.

Həbsdən çıxdıqdan sonra evə qayıtdığını deyən Rəşad Rəşidov ifadəsində bildirib ki, arvadı bundan sonra da eyni əməllərindən əl çəkməyib.

"Bir gün gecə oynayanda gördüm ki, Raisa yoxdur. Səhər saat 6-da evə gələndə soruşdum ki, harada idin? Mənə hesabat vermək istəmədiyini dedi. Onu boşamaq istədim, amma uşaqlara görə etmədim. Mən özüm də yetim böyümüşəm. Ana qayğısı görməmişəm. Düşünürdüm ki, yoldaşımdan bu sevgini görərəm, amma o mənə xəyanət etdi. Raisanın atasına və qardaşına bu barədə dəfələrlə dedim. Amma dəyişən heç nə olmadı. Kənd camaatından eşitdim ki, Raisa Xudatda Arif adlı şəxslə münasibətdədir. Ariflə görüşə getdim. Mənə açıq şəkildə dedi ki, Raisa ilə münasibəti var. Arif barəsində polisə şikayət etdim. Sonra Raisa bir müddət düzəldi. Heç kimlə görüşmədiyini, danışmadığını görürdüm. Həmin zaman danışmırdıq.

Yenə bir gün Raisa evə tanımadığım maşınla gəldi. Danışmadığımız üçün heç nə demədim. Sonra onun həmin maşınla evə gəlməsi adət halını aldı. Kənddə biabır olmuşdum. Məni arxadan "peysər" deyə çağırırdılar, ələ salırdılar".

Rəşad Rəşidov bundan sonra arvadını öldürmək qərarına gəldiyini deyib. O bildirib ki, hadisə günü evdə olan 250 qram arağı içib və Raisanın işdən evə gəlməsini gözləyib:

"Mətbəxdə oturmuşdum. Evə girən kimi sifətindən bir sillə vurub yerə yıxdım. Yerdə onun başına sağ ayağımla zərbələr endirdim".

Rəşad Rəşidov ayaqla Raisanın bədən nahiyələrinə zərbələr endirib. Başına vurduğu zərbələr nəticəsində Raisanın başı beton döşəməyə bir neçə dəfə çırpılıb. Rəşad daha sonra mətbəxdəki masanı yerdə köməksiz və huşsuz vəziyyətdə qalan Raisanın üzərinə aşırıb.

Bütün bunlar baş verən zaman Rəşadın övladları araya girərək analarını qorumaq istəyib. Amma Rəşad onları itələyərək Raisaya zərbələr endirməyə davam edib.

Səs-küyə qonşular və Raisanın anası gəlib. Rəşad Raisanın anası ilə mübahisə edib. Ona deyib ki, bilmirdiniz axırı belə olacaq?

Hadisə yerinə gələn polis əməkdaşları onu polis bölməsinə aparıb və izahatını alıb.

Polisdən çıxan Rəşad evə gəldikdə öyrənib ki, Raisa xəstəxanaya aparılıb. Bir neçə saat sonra polis əməkdaşları təkrar onun evinə gəlib və şöbəyə aparıblar. Orada öyrənib ki, Raisa aldığı xəsarətlərdən dünyasını dəyişib.

Raisanın ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərhumun atası Sədrəddin Tarverdiyev isə istintaqda deyib ki, qızının ailəsində problemlər Rəşad Rəşidovun spirtli içki aludəçisi olmasından sonra başlayıb. Sədrəddin Tarverdiyev qızı haqqında deyilənləri qəbul etməyib və bildirib ki, Rəşad içki içdikdən sonra əsassız səbəblərlə ailəsində problemlər yaradırmış.

Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, elan olunan ittiham sübuta yetirilərsə, Rəşad Rəşidov 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib like
  • 14 Mar 17:53  
Digərləri Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğ

arrow Ətraflı
XTQnin şəxsi heyəti şəhid komandirin evinə baş çəkdi like
  • 14 Mar 17:51  
Digərləri XTQnin şəxsi heyəti şəhid komandirin evinə baş çəkdi

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenant

arrow Ətraflı
İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır like
  • 14 Mar 17:45  
Dünya İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır

İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası "AstraZeneca&

arrow Ətraflı
Lənkəranda su quyusundan kişi meyiti tapıldı like
  • 14 Mar 17:38  
Digərləri Lənkəranda su quyusundan kişi meyiti tapıldı

Lənkəranda su quyusundan kişi meyiti tapılıb.

arrow Ətraflı
"Hindistan Azərbaycandan hərbi xərcləri ağıllı idarə etməyi öyrənə bilər" like
  • 14 Mar 17:32  
Siyasət "Hindistan Azərbaycandan hərbi xərcləri ağıllı idarə etməyi öyrənə bilər"

Son bir neçə gündə Hindistanın müdafiə sahəsinə ayırdığı vəsait ye

arrow Ətraflı
Həkimdən xəbərdarlıq: Bu dəfə yoluxma sayındakı “zirvə”ni görəcəyik  VİDEO like
  • 14 Mar 17:25  
Digərləri Həkimdən xəbərdarlıq: Bu dəfə yoluxma sayındakı “zirvə”ni görəcəyik VİDEO

Ölkədə koronavirusa yoluxma yenidən artacaq və biz yenə gündəlik yoluxma

arrow Ətraflı
Viran qalmış yurd yeri... like
  • 14 Mar 17:19  
Digərləri Viran qalmış yurd yeri...

Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevin

arrow Ətraflı
Xalq artistinin nəvəsi gənc yaşda vəfat etdi like
  • 14 Mar 17:17  
Digərləri Xalq artistinin nəvəsi gənc yaşda vəfat etdi

Xalq artisti Vaqif Əsədovun nəvəsi Emil dünyasını dəyişib.

arrow Ətraflı
Sabahdan Gürcüstanda vaksinasiyaya başlayır like
  • 14 Mar 17:13  
Dünya Sabahdan Gürcüstanda vaksinasiyaya başlayır

Martın 15-dən Gürcüstanda 29 klinikada  yeni növ koronavirusa (COVİD-19)

arrow Ətraflı
"Metro açılsa, yoluxma payızdakından da çox olar" like
  • 14 Mar 17:06  
Digərləri "Metro açılsa, yoluxma payızdakından da çox olar"

Yaxın bir həftə ərzində koronavirusa gündəlik yoluxma sayı 4 rəqəmli o

arrow Ətraflı
İranda koronavirus statistikası: like
  • 14 Mar 16:55  
Dünya İranda koronavirus statistikası:

İranda ötən sutka ərzində 7 593 nəfər koronavirusa (COVID 19) yoluxub.

arrow Ətraflı
"SMS icazə qayıda və tam qapanma ola bilər" like
  • 14 Mar 16:49  
Digərləri "SMS icazə qayıda və tam qapanma ola bilər"

Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyv

arrow Ətraflı
"Baş nazir Paşinyan prezident olmaq istəyir"  like
  • 14 Mar 16:43  
Siyasət "Baş nazir Paşinyan prezident olmaq istəyir"

Ermənistan Baş naziri Nikol Paşinyan prezident olmaq istəyir və buna görə

arrow Ətraflı
Ermənilər minaları daha çox bu ərazidə basdırıblar like
  • 14 Mar 16:36  
Siyasət Ermənilər minaları daha çox bu ərazidə basdırıblar

Ermənilər minalanmış ərazilərin xəritəsini versə, azad edilən torpaqla

arrow Ətraflı