Tehranda partlayış olub:


Dünya 14 Mar 2021 14:47:00 122 0

Tehranda partlayış olub:

İranın paytaxtında partlayış baş verib. 

Son.az APA-ya istinadən bildirir ki, partlayış Tehranın Pakdəşt bölgəsində yaşayış binasında baş verib.

Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.   

Partlayışın dəqiq səbəbi bilinməsə də, hadisənin partlayıcı qurğu vasitəsilə törədildiyi bildirilir.