“BioNTech” vaksin istehsalı üzrə alyans yaradıb


Dünya 14 Mar 2021 13:56:00 136 0

“BioNTech” vaksin istehsalı üzrə alyans yaradıb

Yeni növ koronavirusa (COVİD-19) qarşı dünyada ilk dəfə DNK əsaslı vaksin hazırlayan Almaniyanın "BioNTech" şirkəti vaksin istehsalı üzrə 13 firma ilə alyans yaradıb.

APA-nın "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, bununla da "BioNTech" bu il 2 milyard doz vaksin istehsalı hədəfinə çatmaq istəyir.

Alyansın yaradılması ilə bağlı danışıqlar 2020-ci ilin oktyabrında, "BioNTech"-in amerikalı tərəfdaşı "Pfizer" ilə vaksinin hazırlandığını elan etməsindən bir neçə həftə əvvəl başlanıb.  "BioNTech"-in alyansdakı tərəfdaşları arasında Almaniyanın "Merck", "Rentchler Biopharma", "Evonik Industries", "Dermapharm", "Siegfried AG i Baxter Oncology", Fransanın "Sanofi i Delpharm", İsveçrənin "Novartis", Avstriyanın "Polymun Scientific Immunbiologische Forschung GmbH" və Kanadanın "Acuitas Therapeutics" şirkətləri var. Bu şirkətlər istehsal üzrə işlərin müəyyən bir hissəsini yerinə yetirəcək.

Həmin şirkətlər arasında "Pfizer"in rəqibləri də yer alır.