ATƏT sədri sabah Azərbaycana gəlir
Siyasət 14 Mar 2021 13:23:00 125 0
ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-i Azərbaycana səfər edəcək.
Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Linde səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək. Görüşlər zamanı Qarabağla bağlı danışıqlar aparılacaq, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.
Mənbə: milli.az