Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanıldı


Dünya 14 Mar 2021 12:51:00 119 0

Ermənistanda müharibə ilə bağlı 180 hərbçi saxlanıldı

Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır. Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.

"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var", - qəzet qeyd edib.

"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb.