Gürcüstanda koronavirusla bağlı son vəziyyət


Dünya 14 Mar 2021 12:44:00 113 0

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  268 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  274 989 nəfərə, ölənlərin sayı isə 3 648 nəfərə çatıb.

Virusa yoluxanlardan 268 237 nəfərin sağaldığı bildirilir.