ABŞda COVID19 əleyhinə 100 milyondan çox vaksin vurulub


Dünya 13 Mar 2021 22:50:00 142 0

ABŞda COVID19 əleyhinə 100 milyondan çox vaksin vurulub

ABŞ-da koronavirus infeksiyasına qarşı 100 milyondan çox vaksin vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın CDC tibb tənzimləyicisinin məlumatına görə, martın 12-dək ştatlara 133,3 milyon vaksin dozası çatdırılıb və 101 milyon 128 min nəfər peyvənd olunub.

CDC artıq ABŞ əhalisinin demək olar ki, 20 faizinin (66 milyon nəfər) azı bir peyvənd dozası əldə etdiyini, 10,5 faizinin (35 milyon nəfər) isə tam vaksinasiya olunduğunu bildirib.

ABŞ lideri Cozef Bayden prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksin dozası vurulacağını qarşısına məqsəd qoymuşdu. Lakin o, bu həftə həmin hədəfin 60 gün ərzində yerinə yetiriləcəyini deyib. Hazırkı 101 milyon rəqəminə Cozef Baydenin hakimiyyətə gəldiyi yanvarın 20-dən öncə vurulan peyvəndlər də daxildir.