İsraildə 600 uşaq vaksin olundu: Yan təsiri olmadı


Dünya 13 Mar 2021 21:40:00 145 0

İsraildə 600 uşaq vaksin olundu: Yan təsiri olmadı

İsraildə 600 nəfər uşaq COVID-19-a qarşı peyvənd olunub.

Son.az xəbər verir ki, İsraildə 6-12 yaş arasındakı 600 uşaq Pfizer/BioNTech peyvəndi ilə vaksin olunub. Peyvəndlənmədən sonra səlahiyyətlilərin verdiyi açıqlamaya görə, ölkənin hər yerindən seçilən 600 nəfər uşaq vaksinasiyada iştirak edib. Vaksinin heç bir yan təsiri olmayıb. Onlar bunun çox ümidverici hal olduğunu vurğulayıblar.

Digər tərəfdən, Pfizer/BioNtech hazırda, 12-15 yaş uşaqlarda vaksinin təsirləri ilə bağlı araşdırma aparır. Və bu çalışmaların 5-11 yaşlıları əhatə etməyi hədəflənir.

Qeyd edək ki, İsrail dünyadaki vaksınasiya ilə bağlı liderliyini qoruyub saxlayır. Əhalinin 50 faizindən çoxuna birinci doza vaksin vurulub. Səlahiyyətlilər, qarşımızdakı həftələrdə 9 milyonluq əhalinin 60 faizinin ikinci doza vaksininin tamamlanacağı deyilir. /medicina.az