Bu gün əfsanəvi "Mixaylo"nun doğum günüdür FOTO


Kriminal 13 Mar 2021 19:56:00 69 0

Bu gün əfsanəvi "Mixaylo"nun doğum günüdür  FOTO

Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 94 il ötür.

Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950-1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957-1962-ci illərdə "Azərbaycanfilm", "Mosfilm" və digər kinostudiyalarda çalışıb, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.

Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri vardır. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

"Mosfilm", "Odessa" və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında "Azərbaycanfilm" kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. "Uzaq sahillərdə" filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı isə sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ like
  • 13 Mar 19:45  
Digərləri Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

Bakı Dövlət Sirkinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Vaq

arrow Ətraflı
Tovuzda mebel sexi yanıb like
  • 13 Mar 19:30  
Digərləri Tovuzda mebel sexi yanıb

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin ya

arrow Ətraflı
Türkiyəyə getmək istəyənlərin nəzərinə: like
  • 13 Mar 19:24  
Digərləri Türkiyəyə getmək istəyənlərin nəzərinə:

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məluma

arrow Ətraflı
Ağdaş sakinindən narkotik vasitə götürülüb like
  • 13 Mar 19:12  
Kriminal Ağdaş sakinindən narkotik vasitə götürülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçiri

arrow Ətraflı
Pizza bulka resepti  like
  • 13 Mar 19:00  
Digərləri Pizza bulka resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
İranda ötən sutka 73 nəfər koronavirusdan ölüb like
  • 13 Mar 18:53  
Dünya İranda ötən sutka 73 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID 19) ölüb.

arrow Ətraflı
Ermənilər Şahbulaq qalasını özününküləşdirə bilməyiblər  FOTO like
  • 13 Mar 18:45  
Digərləri Ermənilər Şahbulaq qalasını özününküləşdirə bilməyiblər FOTO

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ict

arrow Ətraflı
Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb like
  • 13 Mar 18:37  
Dünya Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb

Bu ilin yanvar ayında Böyük Britaniyanın ÜDM-i dekabr ayı ilə müqayisəd

arrow Ətraflı
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb like
  • 13 Mar 18:35  
Digərləri Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Vergi Xidməti ilə birgə martın 1

arrow Ətraflı
Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilib like
  • 13 Mar 18:31  
Siyasət Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur və Sədər

arrow Ətraflı
"Alibaba"ya qarşı Çin tarixində ən böyük cərimə tətbiq edilə bilər like
  • 13 Mar 18:23  
Digərləri "Alibaba"ya qarşı Çin tarixində ən böyük cərimə tətbiq edilə bilər

Antiinhisar tənzimləyiciləri "Alibaba" şirkətinə qarşı Çinin

arrow Ətraflı
ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək like
  • 13 Mar 18:18  
Digərləri ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək

ADA Universiteti Riyaziyyat, Maliyyə, Kommunikasiya və Rəqəmsal media sahəs

arrow Ətraflı
Quru gavalının sağlamlığa təsiri haqqında bir də bunları oxuyun like
  • 13 Mar 18:15  
Digərləri Quru gavalının sağlamlığa təsiri haqqında bir də bunları oxuyun

Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yax

arrow Ətraflı
Azərbaycan Texniki Universitetinin əməkdaşı koronavirusdan öldü like
  • 13 Mar 18:02  
Digərləri Azərbaycan Texniki Universitetinin əməkdaşı koronavirusdan öldü

Azərbaycan Texniki Universitetinin əməkdaşı Rəna Kərimova 58 yaşında ko

arrow Ətraflı
Maska ağız və diş sağlamlığına təsir edir? like
  • 13 Mar 18:00  
Digərləri Maska ağız və diş sağlamlığına təsir edir?

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi

arrow Ətraflı