Azərbaycan mədəniyyətinə AĞIR İTKİ


Digərləri 13 Mar 2021 19:45:00 209 0

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

Bakı Dövlət Sirkinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib.

Son.az oxu24.com-a istinadən xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib.

O, 2003-2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.

Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!