Tovuzda mebel sexi yanıb


Digərləri 13 Mar 2021 19:30:00 172 0

Tovuzda mebel sexi yanıb

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.