Quru gavalının sağlamlığa təsiri haqqında bir də bunları oxuyun


Digərləri 13 Mar 2021 18:15:00 190 0

Quru gavalının sağlamlığa təsiri haqqında bir də bunları oxuyun

Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, xarici diyetoloqlar Erin Kenni və Ceymi Miller "Shape" portalında qara gavalının bağırsaq sistemi üçün faydalarından bəhs edib.

Mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.

"Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir", - deyə ekspertlər izah edirlər.

Alimlər quru gavalının bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırmasını onun tərkibindəki mikroelementlərin antioksidan təsiri ilə əlaqələndirirlər. Bundan əlavə, quru gavalı hüceyrələri zədələyərək bədxassəli törəmələrin artmasına səbəb olan iltihab prosesinin azalmasına da kömək edir.