ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək


Digərləri 13 Mar 2021 18:18:00 187 0

ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək

ADA Universiteti Riyaziyyat, Maliyyə, Kommunikasiya və Rəqəmsal media sahəsində üç yeni bakalavr ixtisası təqdim edir.

Universitetdən Son.az-a bildirilib ki, məqsəd abituriyentlərin bakalavr proqramları üzrə ixtisas seçimini artırmaqdır.

Abituriyent və valideynlərə yeni ixtisaslarla bağlı ətraflı məlumat vermək üçün onlayn Təqdimat günləri keçiriləcək:

•Riyaziyyat üzrə 15 mart (19:00)

•Maliyyə üzrə 17 mart (19:00)

•Kommunikasiya və rəqəmsal media üzrə 18 mart (19:00)