Serebral iflic xəstəsi niyə pensiya ala bilmir?


Digərləri 13 Mar 2021 16:40:00 126 0

Serebral iflic xəstəsi niyə pensiya ala bilmir?

Şəmkirin Təzəkənd kəndində yaşayan bir ailə  xəstəlikdən əziyyət çəkən övladlarına  kəsilmiş əlillik müavinətini bərpa edə bilmir.   Vətəndaş rasimə qəmbərovanın 18 yaşı tamamlandıqdan sonra   zəruri sənədlərin təqdim edilməsinə rəğmən,  əlillik müavinəti  bir neçə aydır  ödənilmir. Qəmbərovlar ailəsinə  pensiyanın təyin edilməməsinin səbəbi açıqlanmayıb.  Məsələni araşdırmışıq.  

Son.az Xezerxeber-ə istinadən bildirir ki, Çarəsiz ata və ana anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlarına heç bir kömək edə bilmirlər. Üstəlik, uşaqlara təyin edilən müavinətin biri də aylardır ki, verilmir.

Şəmkirin Təzəkənd kəndində yaşayan Qəmbərovlar ailəsinin 3 övladından ikisi - 18 yaşlı Rasimə Qəmbərova və 12 yaşlı Nazim Qəmbərov serebral iflic xəstəliyinə görə müavinət alıblar. Ancaq 18 yaşı tamam olan Rasimənin müavinəti dayandırılıb. 

Atası Rasim Qəmbərov deyir ki, yanvarın 5-də sənədləri tamamlayaraq yenidən təqdim etsə də, hələ ki, müsbət nəticə yoxdur. Baxmayaraq ki, müavinətin dayanmasından 5 ay ötür. O, qızı Rasiməni yoxlama komissiyasına da aparıb. Lakin orda pensiyanın kəsilmə səbəbi ilə bağlı nəsə deyilməyib.

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətindən bildirildi ki, Vətəndaşın forma 88-i qanunvericiliyə əsasən, adsızlaşdırıldıqdan, yəni anonimliyi təmin edildikdən sonra bir neçə Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Göndəriş üzrə əlavə yoxlanış, ekspertiza aparıldıqdan sonra qiymətləndirmə həyata keçirilir. Vətəndaşın əlilliyi təsdiq edildiyi halda forma 88-in Əlillik Altsisteminə daxil edildiyi tarixdən etibarən şəxsə əlilliyə görə sosial müavinət hesablanır. Rasimə Qənbərovanın əlilliyinin təyin edilməsi ilə bağlı qərar isə ən qısa zamanda veriləcək.