Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Dünya 13 Mar 2021 16:50:00 127 0
Nur-Sultan-Alma-Ata marşrutu ilə hərəkət edən An-26 təyyarəsi, Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.
Son.az bildirir ki, bu barədə şənbə günü hava limanının mətbuat xidməti məlumat verib.
"Bu gün saat 17:20-də (Moskva vaxtı ilə 14:20), Alma-Ata hava limanına yaxınlaşarkən, Nur-Sultan-Alma-Ata marşrutu ilə hərəkət edən An-26 təyyarəsi ilə əlaqə kəsildi. Dərhal xəbərdarlıq elan edildi, təcili yardım xidmətləri hadisə yerinə gəldi. İlkin məlumata görə, təyyarə pistin sonunda qəzaya uğrayıb", - mətbuat xidmətinin rəsmi Facebook səhifəsində yerləşdirilən elanda deyilir.
Mənbə: milli.az