İordaniyada koronavirus xəstəxanasında oksigen kəsildi


Dünya 13 Mar 2021 17:03:00 136 0

İordaniyada koronavirus xəstəxanasında oksigen kəsildi

İordaniyanın Əs-Salt şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri bildirib.

Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, bu günədək İordaniyada 465 mindən çox şəxs koronavirusa yoluxub, 5 mindən çox xəstə həyatını itirib.

Son.az