Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar


Digərləri 13 Mar 2021 17:08:00 154 0

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.