Qazimizin qardaşının görmə qabiliyyəti bərpa olunacaq


Digərləri 13 Mar 2021 16:49:00 131 0

Qazimizin qardaşının görmə qabiliyyəti bərpa olunacaq

Xalqımızın vətən müharibəsi zamanı göstərdiyi birlik bu gün də davam edir. Qazilərimizə olan ehtiramı hər sahədə görmək mümkündür. Xüsusilə də tibb sahəsində. Elə oftalmoloq-cərrah Qəmər Əliyeva da qazilərimizə qarşı həssas münasibət göstərən həkimlərimizdəndir. 

Son.az Xezerxeber-ə istinadən bildirir ki, Vətənin azadlığı uğrunda öz sağlamlığından keçən qazimizin qardaşının görmə qabiliyyəti bərpa olunacaq. Oftolmoloq cərrah Qəmər Əliyeva deyir ki, o, bu əməli ilə qazimizə vəfa borcunu ödəmək istəyir. 

Yıxılaraq aldığı travma nəticəsində gözündə problemlər yaranan Neftçala rayon sakini, 16 yaşlı Pərvin Xalıqov qazi Seymur Xalıqovun qardaşıdır. O, uşaq yaşlarından çəpgözlük və görmə zəifliyindən əziyyət çəkir. 

Oftolmoloq-cərrah Qəmər Əliyeva deyir ki, müayinə zamanı Pərvinin gözlərindəki problemin aradan qaldırıla biləcəyi məlum olub. İlk əməliyyat bu gün həyata keçirilib. 

Görmənin bərpası əməliyyatı isə növbəti mərhələdə həyata keçiriləcək. 

İndi Pərvin səbrsizliklə gözünün işığının tam bərpa olunmasını gözləyir.