Abşeron, İmişli və Şabran sakinlərindən odlu silah götürülüb


Digərləri 13 Mar 2021 15:18:00 123 0

Abşeron, İmişli və Şabran sakinlərindən odlu silah götürülüb

Abşeron, İmişli və Şabran sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəhrəmtəpə qəsəbə sakinləri F.Maqsudovda və R.Əsədovda müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı ov tüfəngi aşkarlanıb.

Bundan başqa, Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə Xəlilli kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silnmiş "TOZ-16" markalı ov tüfəngi və 10 ədəd patron götürülüb.

Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini, əvvəllər məhkum olunmuş C.Məcidovda "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd güllə aşkar edilib.

Hər 3 faktla bağlı araşdırma aparılır.